Beynəlxalq Kosmik Stansiyada (BKS) rus kosmonavtları Sergey Prokopyev və Dmitri Petelin bu gün BKS-in hazırki, missiyası zamanı ikinci dəfə kosmosa çıxacaqlar.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, VKD-56 kod adlı kosmos yürüşü zamanı BKS-nin rusiya ekipajı istilik dəyişdiricisini BKS-in Rusiya bölməsindəki Nauka çoxməqsədli laboratoriyasına daşıyacaq.
Radiator kosmonavt Anna Kikina tərəfindən idarə olunacaq ERA robot qolundan istifadə etməklə orbital forpostun daxilindən köçürüləcək.
Petelin və Prokopyev işlərini kosmik stansiyadan kənarda aparacaqlar. Onlar radiatorun ötürülməsinə nəzarət edəcək, telləri ayıracaq və mexaniki sıxma işləri aparacaqlar.
Yürüşün saat 14:20-də başlaması planlaşdırılır. Kosmik yürüşün təxminən 6 saat 37 dəqiqə çəkəcəyi gözlənilir
Ayşən Azadova
Medianews.az