“Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-yə sədrliyi çərçivəsində Qazaxıstanda hakimiyyət dəyişikliyinin qarşısını almaq üçün bir gecədə razılığa gələ bildi. Amma sentyabrdakı vəziyyətlə bağlı Ermənistan özünün bəyanatını və yardımını bu günə qədər razılaşdırıla bilmədi”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan deyib.
“KTMT-də bütün qərarlar konsensus əsasında qəbul edilir. Təşkilatda konsensusun olmaması görünməmiş bir şeydir. Bu konsensusa nail olmağın mümkünsüzlüyünün səbəbi isə Nikol Paşinyanın mövqeyi idi. Burada xatırladım ki, Paşinyanın veto hüququndan ilk dəfə istifadə etmir. Paşinyanın mükafatlandırmaq istədiyi Baş katib Stanislav Zasyanın namizədliyi ilə bağlı səsvermədə belə olmuşdu. Əvvəlcə Zasyanın namizədliyinin əleyhinə oldu və buna görə təşkilatın bir il baş katibi olmadı”.
Kazaryan deyib ki, bugünkü erməni diplomatiyasının mənzərəsi belədir: “Paşinyanın diplomatiyası bir – birinin ardınca uğursuzluq nümayiş etdirir”.
Zəfər