“Nikol Paşinyan KTMT-nin Ermənistana yardım etmək qərarını imzalamayıb”.
Medianews.az xəbər verir ki, bu fikirləri Erməni Milli Konqresinin sədri Ter-Petrosyanın müavini Levon Zurabyan bildirib: “ Paşinyanın əsaslandırmasından belə nəticə çıxır ki, təklif olunan yardım tədbirlərindən deyil, siyasi qiymətləndirmənin olmamasından razı qalmayıb.
Nə baş verir? Ermənistanın milli təhlükəsizliyi naminə Azərbaycanı dayandıra biləcək tədbirlər təklif olunduğu halda, İrəvan axmaq bəhanələrlə bunu həyata keçirməkdən imtina edərək KTMT-ni bu məsuliyyətdən azad etdi”.
Zurabyan qeyd edib ki, əgər təklif olunan tədbirlərin siyahısı Ermənistanın milli təhlükəsizliyinin maraqlarına cavab vermirdisə, Paşinyan bunu bəyan etməli və buna əsaslanaraq sənədi rədd etməli idi: “Bu edilmədiyi üçün biz artıq Ermənistanın milli mənafelərinə qəsd etmiş oluruq.
Paşinyan bir daha öz hərəkətləri ilə milli təhlükəsizliyimizə böyük ziyan vurdu. Xalqımızın taleyinin dar düşüncəli beyinlərin və qorxaq olan insanların əlində olması artıq kədərlidir”.
Zəfər