Sosial media hesabında paylaşdığı seksual fotoları ilə tanınan Kolumbiyalı qadın hakimin çarpayıda çılpaq şəkildə onlayn dinləmələrə qatıldığı üzə çıxdıqdan sonra işdən çıxarılıb.
Medianews.az xəbər verir ki, hakimlik edən hakim Vivian Polonia sosial media hesabında yerləşdirdiyi fotoları ilə tənqid hədəfinə çevrilib.
Bu görüntüləri paylaşmaqdan çəkinməyən Polonia son hərəkəti ilə işindən olub.
Onlayn dinləmələrə çılpaq qatılan Vivian Polonia əlində siqaretlə də görüntülənib. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ölkənin Ədliyyə Nazirliyi hərəkətə keçib. Araşdırmalar nəticəsində 34 yaşlı qadın hakimin vəzifəsindən azad edilməsinə qərar verilib. Qərarın əsaslandırmasında Poloniyanın məhkəmə zamanı qaydalara əməl etmədiyi və işə hörmət etmədiyi bildirilib.
Medianews.az