Koronavirus epidemiyasının yayıldığı Çində bir fabrikdə işçinin lentə aldığı görüntülər izləyənləri şoka salıb.
Medianews.az xəbər verir ki, sözügedən görüntülərdə xarab olmuş ətlərdən və xəstə atlardan kolbasa və sosiska hazırlandığı iddia edilib.
Çində ət emalı zavodunda çəkilən bu görüntülər izləyənlərin ürəyini bulandırıb. Görüntülər sosial mediada yayıldıqdan sonra geniş müzakirələrə yol açıb. Eyni zamanda gigiyenik qaydalara uyğun olmayan obyektin görüntüləri sosial mediada böyük əks-səda doğurub.
Medianews.az