Tükiyədə məmurun itləri kürəklə vuraraq bir-bir öldürməsinin görüntüləri sosial mediada hiddət yaradıb.
Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Konya şəhərində baş verib.
Mövzu ilə bağlı Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən edilən açıqlamada hadisə ilə bağlı araşdırmaya başlanıldığı açıqlanıb. Məsul şəxslər barəsində qanuni tədbirlərin görüləcəyi və cinayət işi açılacağı bildirilib.
Bu açıqlamanın ardındna iki şübhəli nəzarətə alınıb, şöbə müdiri vəzifəsindən uzaqlaşdırıldı.
Medianews.az