Məşhur sosial media platforması TikTok-da paylaşılan bu görüntülər milyonlarla dəfə izlənilib.
Medianews.az xəbər verir ki, piramidanın yuxarısına çıxaraq rəqs edən qadın həmin ərazidəki insanlar tərəfindən linç edilib.
Meksikanın dünyaca məşhur Maya şəhərində piramidaya çıxan turist izdihamın diqqətini çəkib. İki gün əvvəl TikTok-da paylaşılan görüntülərdə naməlum şəxs Kukulcan məbədinin pilləkənləri ilə yuxarı qalxıb.
Turist piramidaya qalxdıqdan sonra rəqs etməyə başlayıb. Bu vaxt ətrafdakı insanlar qadına sərt reaksiya verib. Videoda İspan dilində “axmaq” və “zibil” ifadələr eşidilib. Bundan əlavə, qadının həbsi də istənilir. Turist daha sonra xidmətçinin müşayiəti ilə piramidadan endirilib.
Turistin bu davranışlarına reaksiya verən camaat qadına butulka və daş ataraq onu linç etməyə çalışıb. Bir qrup isə onun saçını yolmağa və vurmağa çalışıb.
Medianews.az