Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından dərhal sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə qısa söhbət edib.
Medianews.az xəbər verir ki, bu barədə Papikyan sosial şəbəkədəki hesabında yazıb.
“Rusiya Federasiyasının müdafiə naziri ilə qısa söhbətim oldu. Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, – deyə şöbə müdiri yazıb.
Papikyan görüşlə bağlı ümumi fikir yazsa da, heç şübhəsiz başqa məqamların da müzakirə edildiyi diqqət mərkəzindədir. Ona görə də görüşlə bağlı ətraflı açıqlamnın olmaması suallar doğurur.
Zəfər