İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar hələ də davam edir.
Medianews.az xəbər verir ki, iranlı qadın Türkiyənin İzmir şəhərinə gedərək türk qadınlarına yumruq salamlı ilə bir-bir not verib.
Notda “Sizin kimi saçlarımızı açmaq bizim üçün cinayətdir” ifadəsi yer alıb. Bu cümləni görənlərin üzündə acı bir təbəssüm yaranıb.
Sözügedən görüntülər sosila mediada geniş müzakirələrə yol açıb.
Medianews.az