“Baş nazir Nikol Paşinyanın KTMT-dən Ermənistana yardım göstərilməsi ilə bağlı sənədləri imzalamaqdan imtina etməsi müxtəlif nəticələrə səbəb ola bilər”.
Medianews.az xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamijanyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan bağlı layihə sənədin yekunlaşdırılacağı və imzalanmaq üçün təqdim ediləcəyi bəyan edilib.
Müxalifət təmsilçisi KTMT-nin İrəvandakı sammitinin nəticələrini, xüsusən də hazırkı hakimiyyətin son illərdəki hərəkətləri fonunda olduqca gözlənilən hesab edib: “Bir dostunuzu ləkələyib, sonra onun köməyə gəlməməyindən inciyə bilməzsiniz. Mövcud reallıqlar fonunda beynəlxalq norma və öhdəliklərin həyata keçirilməsini təmin etmək üçün ölkənin çəkisi olmalıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan subyektdən obyektə çevrilib, ölkəni istədikləri kimi bölürlər. KTMT-dəki tərəfdaşlar ölkə rəhbərliyi ilə ünsiyyət zamanı aşağılayıcı tonda danışırlar. Bütün bunlar düşünülməmiş, həvəskar siyasətin nəticələridir”.
Zəfər