Tanınmış türk sənətçisi Əmrah karyerasının qırxıncı ilinə keçid edib. O, türk mediasının ona ünvanladığı sualları cavablandırıb. Qeyd edib ki, tezliklə yeni layihələrlə qayıdacaq:
“Musiqidən heç vaxt uzaq olmamışam. İşim göz qabağındadır. Musiqidən qopmaq olmaz. Əgər bu sənətə gəldinsə onu tərk edə bilməzsən. Uzun müddətdir ki, bu sənətdəyəm və musiqilərim, layihələrimlə gündəmdə olmağı üstün tuturam”.
İfaçı açıqlama zamanı həmkarlarına da səslənib:
“Gündəmdə olmaq üçün sənətinizi göstərin. Siz susun, işiniz danışsın. Mən heç zaman imkan vermərəm ki, şöhrət mənə hakim olsun. İfaçını kimin idarə etməsi önəmlidir. Şöhrət səni idarə edirsə, güzgüyə baxanda özünü başqa cür görəcəksiniz. Pul idarə edirsə tamam fərqli bir sima ilə qarşı-qarşıya dayanacaqsınız”.
Medianews.az