İstanbulda bir bazarı ziyarət edərək vətəndaşlarla görüşən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu zorakılığa məruz qaldığını bildirən hamilə qadının köməyinə çatıb.
Medianews.az xəbər verir ki, hadisəyə müdaxilə edən İmamoğlu bazarda mübahisə etdiyi yaşlı kişinin onu vurmağa çalışdığını deyən qadını çətinliklə sakitləşdirib.
O, qadınla bir müddət söhbət edib. Daha sonra İmamoğlu gənc qadının uşağına iki oyuncaq hədiyyə edib. İBB sədri bildirib ki, bu məsələ ilə bağlı yaxından maraqlanacaq.
Medianews.az