Editor.az informasiya portalı 10 yaşını qeyd edir.
İnformasiya portalı 2012-ci ildən fəaliyyətə başlayıb. Elə ilk dövrdən Editor.az ölkənin internet media məkanında özünəməxsus yer və nüfuz qazana bilib. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Dəqiq və qərəzsiz xəbərlər, hadisələrə obyektiv mütəxəssis və ekspertlər rəyləri təqdim etmək siyasətini həyata keçirən Editor.az, eləcə də xəbərlərində mütəmadi olaraq ölkənin tanınmış mətbu orqanlarına da istinad edir.
Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Editor.az 3 il ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.
Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri- hökümət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir.
Eləcə də, yarandığı vaxtdan bu günədək müxtəlif sosial və mədəniyyət layihələri həyata keçirib və bir sıra önəmli tədbirlərə informasiya dəstəyi verib.
Biz də həmkarlarımızı Medianews.az kollektivi adından təbrik edirik.