Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Avstraliyalı tədqiqatçılar Hind okeanında sualtı xəritəçəkmə üçün 35 günlük səyahətdən sonra yeni dəniz canlıları aşkar edib.
Viktoriya Muzeyi Tədqiqat İnstitutunun alimləri Avstraliyanın Hind okeanındakı Milad və Kokos adaları ətrafında sualtı vulkanların xəritəsinin hazırlaması prosesini başa çatıb.
Aparılan tədqiqatlar göstərdi ki, müxtəlif sualtı vulkanlarda yeni növlər, o cümlədən, ilanbalığı və qabıqlı balıqlar tapılıb.
Dənizdən çıxarılan canlılar arasında erkək və dişi çoxalma toxuması olan ovotesti “Bathysaurus mollis” kərtənkələ balığı və “Amphiuma” tipli su salamandrı da olub.
Elm adamları araşdırma və nümayiş etdirmək üçün bəziləri dəniz səthinin 5 kilometrə qədər dərinliyində olan dəniz canlılarını toplayıblar.
35 günlük araşdırmanı qiymətləndirən tədqiqatçı Tim O’Hara deyib ki, biz bu uzaq dəniz parkında təəccüblü sayda yeni növlər kəşf etmişik.
Alimlər həmçinin Hind okeanının tədqiq edilməmiş sualtı dünyasının 3D xəritəsini hazırlayıb.
Ayşən Azadova
Medianews.az