Şimali Koreya lideri Kim Çen Inın bacısı son raket sınaqlarının pislənməsindən sonra ABŞ-a sərt cavab verib.
Medianews.az xəbər verir ki, Kim Yo Conq da ABŞ-a nüvə təhlükəsi mesajı verib.
Daha sonra Kim Yo Conq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinə uyğun olaraq keçən cümə günü ABŞ və Böyük Britaniyanın qitələrarası ballistik raketi (ICBM) buraxılışını qətiyyətlə pisləyib.
“ABŞ yadda saxlamalıdır ki, Şimali Koreyanı tərksilah etməyə nə qədər cəhd etsə də, heç vaxt özünümüdafiə hüququndan məhrum edə bilməyəcək. Onlar Şimali Koreyaya qarşı nə qədər çox hərəkət edərsə, təhlükəsizlik tədbirləri bir o qədər artacaq”, -deyə Kim Yo Conq bildirib.
Kim Yo Conq Şimali Koreyanın “Rodong” qəzetinə verdiyi məqalədə “Mən ABŞ-ı qorxmuş hürən itlə müqayisə edirəm”,-deyə əlavə edib.
Medianews.az