“Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri ərəfəsində hakimiyyətyönlü KİV-lər son günlər sözün hərfi mənasında terror təşkil edirlər”.
Medianews.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. O da qeyd edilib ki, hakimiyyətə yaxın qərbyönümlü qüvvələr İrəvanda Kollektiv Təhlükəsizlik Şurasının bu gün keçiriləcək iclasında Ermənistanla bağlı müsbət qərar çıxarılmayacağı halda anti-Putin mitinqləri ilə bağlı bəyanatlar verirlər.
Xatırladaq ki, bu gün KTMT iclasında İrəvanın Ermənistana birgə yardım göstərilməsi ilə bağlı 2 aydan çox müddətə verdiyi bəyanat müzakirə olunacaq. Bu arada, Rusiyanın yüksək vəzifəli şəxslərinin bəyanatlarına əsasən, erməniləri ümidləri doğrulmayacaq.
“Azərbaycanla Ermənistan arasında münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətinə aid deyil. KTMT ölkələrinin hər biri problemə münasibətini müstəqil şəkildə müəyyənləşdirir”, – deyə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
Zəfər