Hindistanın Uttar Pradeş ştatında magistral yolun kənarında qalan çamadanın içərisində gənc qadın cəsədi tapılıb.
Medianews.az xəbər verir ki, gənc qadının valideynləri qətldə şübhəli bilinərək saxlanılıb.
Polis gənc qadının meyitinin müayinəsi zamanı onun başında, üzündə və bədəninin digər yerlərində çapıqların olduğunu və sinəsindən iki güllə yarası aldıqdan sonra öldüyünü üzə çıxarıb.
22 yaşlı gənc qadının ailəsnin razılığı olmadan evləndiyi üçün yaranan mübahisədən sonra atası tərəfindən öldürüldüyünü müəyyən edib. Hadisədən sonra qadının anası və atası nəzarətə götürülüb. Polis atanın tapançasını və hadisədə istifadə edildiyi iddia edilən avtomobilini müsadirə edib.
Medianews.az