Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən növbədənkənar prezident seçkilərinin yekun nəticəsini açıqlayıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən ölkənin Prezidenti seçilib.
“Beləliklə, dünən açıqlanan ilkin nəticələr təsdiq olunub”, – deyə Qazaxıstan MSK-nın rəhbəri Nurlan Abdirov qeyd edib.