“Mövcud hakimiyyətin Qarabağla bağlı fikirləri qeyri-müəyyəndir. Müharibədəki məğlubiyyətdən sonra yaranmış yeni şəraitdə İrəvan uzun müddət öz mövqeyini, o cümlədən Rusiya sülhməramlılarının gələcək statusu, onların funksiyalarının genişləndirilməsi məsələlərini yenidən formalaşdırmalı idi”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistanın müdafiə nazirinin sabiq müavini Artak Zakaryan deyib. Onun sözlərinə görə, indiyədək Rusiya silahlı qüvvələri ilə müqavilə-hüquq bazasını yeniləməli, Ermənistan silahlı qüvvələri yenidən formatlaşdırılmalı və ölkənin təhlükəsizliyini gücləndirməli idi: “Bütün bunlar artıq edilməli idi, amma heç nə edilmədi, bunun əvəzinə hakimiyyət boş və ziddiyyətli bəyanatlar verir.
Soçidəki görüşdən sonra ölkə rəhbərliyi Qarabağla bağlı dəqiq mövqe açıqlamayıb. İflasa uğramış siyasi hakimiyyətin mövqeyi barədə danışmağın mənası yoxdur, çünki sabah baş nazirin Soçi görüşünə zidd bir açıqlama verməyəcəyinə zəmanət yoxdur”.
Zakaryan etiraf edib ki, Ermənistan müharibədə məğlub olub.
Zəfər