Türkiyədə gənc oğlan 17 yaşlı qızı güllələyərək öldürüb.
Medianews.az xəbər verir ki, hadisəni Türkiyənin Ankara şəhərində baş verib.
17 yaşlı Kader Yiğit dostu Y.B tərəfindən tüfəngdən açılan atəş nəticəsində həyatını itirib. Hadisədən bir müddət sonra Y.B. həbs olunub.
Ağır yaralanan Yiğiti aparıldığı xəstəxanada həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədən sonra Y.B polis tərəfindən saxlanılıb. Y.B. polis bölməsindəki əməliyyatlardan sonra həbs edilməsi tələbi ilə Ankara Sülh Cəza Hakimliyinə sövq edilib. Hadisənin qəza olduğunu iddia edən Y.B. həbsxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Medianews.az