Fransa Sünik vilayətinin keçmiş qubernatoru “tülkü” ləqəbli Surik Xaçatryanı ekstradisiya etməkdən imtina edib.
Medianews.az xəbər verir ki, ilkin istintaq zamanı Xaçatryanın Fransada olduğu barədə məlumatlar əldə edilib. Onun ekstradisiyası üçün Parisə vəsatət göndərilib.
Oktyabrın sonunda Fransa XİN Ermənistanın xarici siyasət idarəsi vasitəsilə Ermənistan hüquq-mühafizə orqanlarına bildirib ki, iyunun 29-da Fransa məhkəmə orqanları İrəvan tərəfindən edilən müraciətə mənfi rəy verilib.
Bundan əvvəl isə Ermənistanın Baş prokurorluğu keçmiş Sünikin keçmiş qubernator Xaçatryandan və onunla əlaqəli şəxslərdən təxminən 47 milyon dollardan çox vəsaiti müsadirə etmək istəyib.
Qeyd edək ki, “tülkü” ləqəbli Xaçatryanla bağlı 2019-cu ildə cinayət işi başlanılıb və o axtarışa verilib. Xaçatryan vəzifə səlahiyyətlərini aşmaqda, rəsmi mövqedən istifadə etməkdə, böyük mənimsəmə və vəzifə saxtakarlığına təhrik etməkdə günahlandırılır.
Zəfər