Qadın, ona xəyanət edən ərindən kreativ qisas alıb. Əri ona rəfiqəsi ilə xəyanət edib.
Publika.az xəbər verir ki, “Reddit” istifadəçisi olan qadın bu haqda sosial şəbəkədə paylaşıb.
Onun sözlərinə görə, əri və rəfiqəsi onların toyunda tanış olub. Daha sonra onlar birlikdə biznes qurublar. Guya işə görə birlikdə çox vaxt keçirmək məcburiyyətində qalıblar.
Qadının əri və rəfiqəsi iş ortaqları ilə görüş adı ilə başqa bir şəhərə getdikdən az sonra, rəfiqəsinin əri qadına zəng etdib. O, dedektiv tutduğunu və həyat yoldaşlarının sevgili olduqlarını öyrəndiyini deyib və getdikləri şəhərdə oteldə eyni otaqda qaldıqlarını bildirib.
Ərinin xəyanət etdiyini biləndən sonra qadın əvvəlcə rəfiqəsindən qisas alıb. Belə ki, o, toyuq bulyonu və krevet püresi hazırlayıb və onu xüsusi boru vasitəsilə rəfiqəsinin günəş şüasının altında olan avtomobilinin arxa oturacağına töküb. Bir çox “Reddit” istifadəçisi şərhlərdə qadının hərəkətini dəstəkləyib. Bəziləri isə ona məsləhət görüb ki, ərinin avtomobilinin salonunu da eyni şəkildə korlasın.