Türkiyədə avtomobildə anasının boğazını kəsərək 27 bıçaq zərbəsi vuran şəxsin psixi vəziyyətinin sabit olduğu müəyyən edildikdən sonra ömürlük həbs cəzasına məhkum edilməsinə qərar verilib.
Medianews.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Kocaeli şəhərində vbaş verib.
Məhkəmə, müttəhimin anası Serpil Əroğluna qarşı “qəsdən adam öldürmə” cinayətinə görə ömürlük, avtomobilin sürücüsünə qarşı törətdiyi cinayətə görə 10 il, 1 ay 7 gün həbs cəzasına məhkum edilməsinə qərar verib.
Qeyd edək ki, 2015-ci ildə baş verən hadisədə avtomobilin arxa oturacağında əyləşən Onur Özgür yanındakı anası Serpil Eroğlunun boğazını kəsərək 27 bıçaq zərbəsi vurub. Anası Serpil Eroğlu hadisə yerində dünyasını dəyişmişdi. Hadisə zamanı panikaya düşən avtomobilin sürücüsü İşıq Gürelin törətdiyi qəza nəticəsində hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupları cəlb edilmişdi.
Medianews.az