Tik-tokda müxtəlif balıq növlərini paylaşan “Fish Society” hesabı son paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Medianews.az xəbər verir ki, paylaşılan görüntülərdə bir qadının qorxunc görünüşü olan dəniz canlısını yeməsi gündəm olub.
Amy Brise adlı qadının bu davranışı sosial mediada geniş müzakirələrə yol açıb. Görüntülərdəki canlının “dəvəboynu midyəsi” olduğu iddia edilib. Qeyd edək ki, bu heyvan nadir və çox bahalı bir növdür.
Medianews.az