“Nikol Paşinyan bildirib ki, əgər bir müddət əvvəl Qarabağ məsələsində tənqid olunurdusa, indi də bunu təkrarlamaq düzgün deyil. O, indi də “Qarabağ” məsələsinin həllinin qeyri-müəyyən müddətə təxirə salınmasının və Rusiya sülhməramlılarının mandatının uzadılmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Paşinyan həmçinin lap əvvəldən Moskva planını dəstəklədiyini söyləyir”.
Medianews.az xəbər verir ki, bu fikirlər erməni mətbuatında Nikol Paşinyanı ələ salan yazıda qeyd edilib.
Məqalədə qeyd edilir ki, Nikolun belə addım atmasına səbəb Prezident İlham Əliyevin və rəsmi Bakının etdiyi təzyiqlər nəticəsində edib: “Bu hələ yaxşıdır. Nikol deyir ki, o, artıq “sözə baxan oğlandır” dır və ağlı başındadır.
Başqa sözlə, Nikolun yeni şüarı “indi mən Nataşayam!”
“Nataşa” indi geri çəkilməyə və türklərlə qardaşlığını rusların cibinə atmağa çalışır. Deyir ki, “status” məsələsini yalnız Moskva planı çərçivəsində arxa plana keçirdim. Həmişə olduğu kimi, Nikol yalan danışır”.
Məqalədə bildirilir ki, o, “Qarabağ” məsələsinin arxa plana keçirilməsini Vaşinqton planı çərçivəsində etdi: “Türkiyə-Azərbaycan tandemi ilə birgə danışıqlar zamanı məhz bu plana razılıq verib. Onun razılığı Praqada Mişel və Makronun iştirakı və Əliyevin təkidi ilə təsdiqlənmişdi. Məhz bu razılıq çərçivəsində Nikol 13 sentyabr hadisəsi zamanı bəyan edib ki, o sənədi imzalamağa hazırlaşır. Hətta bunun üçün ona xain deyilə bilər və hətta hakimiyyətdən uzaqlaşdırıla bilər, amma yenə də bu yolla gedəcəkdir.
Əgər Nikol “Moskva planını” xain sənəd adlandırırsa, qoy bunu bildirsin.
İndi Nikol “vətənpərvər” olub, çünki hazırda başqa variantı yoxdur. Əgər bu seçim edərsə, Türk yolu ilə gedəcəkdir. Bu mərhələdə o, “Nataşa” dır. Güman etmək olar ki, Nikol indi Putin yaxın düşməyin yollarını axtarır”.
Zəfər