Çinin Quançjou əyalətinin Luntou kəndində qadınlardan biri maska taxmadığı üçün küçənin ortasında zorakılığa məruz qalıb.
Medianews.az xəbər verir ki, Çinin məşhur sosial media tətbiqi “Weibo”da paylaşılan görüntülərdə polislə mübahisə edən qadın əlləri bağlı vəziyyətdə diz çökməyə məcbur edilib.
Adı Xiao Yangkou olaraq bildirilən qadın maska taxmadığı üçün səlahiyyətlilər tərəfindən koronavirus keçid məntəqəsində saxlanılıb. Maska taxmaqdan imtina edən və səlahiyyətlilərlə mübahisə edən qadın əlləri bağlı vəziyyətdə diz çökməyə məcbur edilib. Həmin anlar sosial şəbəkədə sərt reaksiyalara səbəb olub.
Medianews.az