Türkiyədə dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, borc məsələsinə görə başlayan dava qanla bitib.
Davada bir şəxs dava etdiyi şəxsi ov tüfəngi ilə vurmaq istəyərkən təsadüfən ata və qardaşını vurub. Həmin anlar təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə həmin şəxsin qaçan insanlara təsadüfən atəş açdığı anlar da olub.
Xəbərdarlıq üzərinə hadisə yerinə sövq edilən çox sayda polis davaya müdaxilə edib. Yaralılar təcili yardım ilə xəstəxanaya aparılaraq müalicə altına alınıb.
Medianews.az