İndoneziyanın Qərbi Yava əyalətində 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələdə ən azı 46 nəfərin öldüyü açıqlanıb.
Medianews.az türk mediasına istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Ciranjang şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.
Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Hökumət rəsmisi Herman Suherman, yerli mətbuata verdiyi açıqlamada, 20-yə yaxın insanın həyatını itirdiyini açıqlayıb.
Daha sonra səlahiyyətlilər ölənlərin sayının 46-ya yüksəldiyini və yaralananların da olduğunu bildirib.
Medianews.az