2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371 manata çatıb.
Bu barədə Medianews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, o cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 11 faiz artaraq 399 manat təşkil edib.
2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln. manat olub.
Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12 faiz çox olacağı gözlənilir.