Rusiyanın Saxalin adasının Tımovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış evində qaz partlayışı olub.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir.
Partlayışa məişət qazı səbəb olub. Hazırda dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye şəhər tipli qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3-ü uşaq olmaqla ölənlərin sayı 7-yə çatıb.
Bu barədə Saxalinin qubrenatoru Valeri Limarenko məlumat verib.
Onun sözlərinə görə, binanın partlayış qeydə alındığı hissəsində 33 nəfər yaşayır.
Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 9-a çatıb.y