Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu sabiq prezidentin vəkili Valeri Gelbaxiani bildirib.
O qeyd edib ki, Saakaşvilidə zəhərlənmə əlamətləri var. Zəhərlənmənin hansı maddələrdən baş verməsinə dair araşdırmalar davam edir.
Xatırladaq ki, 2021-ci il oktyabrın 1-də Mixail Saakaşvili öz feysbuk hesabında ölkəyə qayıtması ilə bağlı videomüraciət paylaşmış və elə həmin günün axşamı saxlanılmışdı.