Müharibə başlayandan bəri ilk sərnişin qatarı Ukraynanın paytaxtı Kiyevdən rus əsgərlərinin geri çəkildiyi Xerson şəhərinə yola düşüb.
Paytaxt Kiyevdən aylar sonra ilk sərnişin qatarı ötən həftə Rusiya ordusunun geri çəkildiyi Ukraynanın Xerson şəhərində axşam saatlarında yola düşüb.
Ukrayna Prezident Aparatının rəhbər müavini Kiril Timoşenko sosial media hesabından paylaşım edərək, “İlk qatar Xersona getdi. Bu, bizim qələbə qatarımızdır. Vaqonlarda “qələbə” bileti alan 200 sərnişin var. Bu qatar kimi normal bir həyat üçün Xersona dönəcəyik” deyə vurğulayıb.