Elon Maskın uzun iş saatları çağırışından sonra Twitter-də istefa dalğası yaşanır.
Sosial media şirkəti Twitter-in yeni sahibi Elon Maskın işçilərini uzun iş saatlarına hazırlaşmağa və ya istefaya getməyə çağırmasından sonra çoxlu sayda insanın istefaya getdiyi bildirilir.
Medianews.az xəbər verir ki, texnologiya xəbərləri yayan Verge internet saytı Maskın e-poçtundan sonra Twitter-də daxili mesajlaşma üçün istifadə edilən “Slack” kanalında bir çox istefa mesajının paylaşıldığını iddia edib.
Şirkət işçilərindən biri olan Satanjeev Banerjee adlı mühəndis “Və mən də 12 ildən sonra Twitter-dən ayrıldım” yazısını paylaşıb.
Başqa bir Twitter əməkdaşı yazıb ki, “onun vəzifə müddəti Twitter 1.0 ilə başa çatır və o, Twitter 2.0-da olmaq istəmir”.
Başqa bir istifadəçi, “Deyəsən, buranı gözəl məkana çevirən hər kəs ayrılır. Qalan işçilər nə qədər çalışsalar da, Twitter-i buradan çıxarmaq çox çətin olacaq” yazıb.
Digər tərəfdən, The New York Times qəzetinin yazdığına görə, Musk bəzi Twitter işçiləri ilə görüşərək “kritik rolu olan işçilərin” işdən çıxmasının qarşısını almağa çalışıb.
CNN Twitter-in bəzi işçilərinə deyib: “Biz sizinlə Twitter-in maraqlı gələcəyində işləməyi səbirsizliklə gözləyirik”.
Yusif Ziya
Medianews.az