Silahlı cinayətkarlar təşkilatının lideri “Lotu Quli” ləqəbli Nadir Səlifovun (48) qətlində şübhəli bilinən şəxslərin məhkəmə prosesində hadisəni törətdiyi iddia edilən Xaqan Zeynalov (27) “Nadiri vuran mən deyiləm” deyib.
Medianews.az xəbər verir ki, Zeynalov ilk ifadəsində “Mən onun cangüdəniyəm. Bu işi sevərək görmüşəm. Sevmədiyim üçün öldürmüşəm” deyib. Xaqan Zeynalovu otelin qarşısından maşınla qaçırdığı iddia edilən Əmir Həmidli “Xaqan qaçaraq gəlib dedi ki, “Nadirlə mübahisə etdik, sür, məni öldürəcəklər” ifadələrdən istifadə etmişdir.
Qeyd edək ki, “Nəzir Əzizoğlu”nun kimliyindən istifadə edən “Lotu Quli” ləqəbli Nadir Səlifov gecə yarısı yaxın adamlarından biri Xəqan Zeynalov tərəfindən 20 Avqust 2020, Serik rayonu, Boğazkent səmtində yerləşən 5 ulduzlu otelin alakart restoranında başından tapança ilə güllələnərək öldürülüb. Səlifovun adamlarının cavab atəşi açması nəticəsində yaralanan Xaqan Zeynalov onu gözləyən Əmir Həmidlinin (29) idarə etdiyi kirayə maşını ilə oteldən qaçıb. Xəbərdarlıqla hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya aparılan Səlifovu həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Yusif Ziya
Medianews