İsveç Şimal axını 1 və 2 qaz kəmərlərində baş verən partlayışlarda ağır təxribatın aşkar edildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı ilkin istintaqa rəhbərlik edən prokuror Mats Ljungqvist keçirdiyi mətbuat konfransında hadisənin mürəkkəb və əhatəli olduğunu, tapıntılarda ağır təxribat olduğunu bildirib.
Ljungqvist analizlərin aparıldığı yerdə çoxlu sayda yad cisim partlayıcı tapdıqlarını ifadə edərək, “Biz bunları sənədləşdirmişik və geniş təhlillər daha etibarlı nəticələr əldə etməyə imkan verəcək” dedi.
O bildirib ki, davam edən araşdırmalar nəticəsində gələcəkdə partlayışla bağlı geniş araşdırmalar nəticəsində kiminsə günahkar olub-olmaması üzə çıxacaq.
Qeyd edək ki, Danimarka və İsveç yaxınlığında Rusiyaya məxsus “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində 4 sızma olduğu və gəmilərə “bölgədə yanmamaq” barədə xəbərdarlıq edildiyi bildirilib.
Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətlərin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Aİ də həmçinin qeyd edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, düşünülmüş hərəkətin nəticəsidir.
İsveç Kəşfiyyat Xidməti (SEPO) hadisə ilə bağlı araşdırmalara başlayıb.
Danimarka Enerji Agentliyi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində qaz sızmasının dayandığını açıqlayıb.
Rusiyanın enerji şirkəti “Qazprom” isə boru kəmərlərində təzyiqin normallaşdığını və sızmaların sona çatdığını bildirib.
Yusif Ziya
Medianews