Kremlin sözçüsü Dmitriy Peskov 2014-cü ildə Ukraynada Malayziya Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı Haaqa məhkəməsinin qərarını təhlil edəcəklərini bildirib.
Medianews.az xəbər verir ki, Kreml Ukraynanın şərqində Donbass bölgəsində vurulan Malayziya Hava Yollarına məxsus MH17 sərnişin təyyarəsinin Haaqa Məhkəməsinin qərarı ilə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitriy Peskov, Haaqa tribunalının qərarını təhlil edəcəklərini bildirib və “Məhkəmənin qərarını şərh etməzdən əvvəl dərin təhlil lazımdır” deyib.
Açıqlamalarında gündəmlə bağlı digər sualları cavablandıran Peskov, “Məlumatların onsuz da təxribat və ya terror hücumu ehtimalını gücləndirməsi Rusiya tərəfinin məlumatını bir daha təsdiqləyir. Əhəmiyyətli olan təxribatın arxasında kimin olduğunu öyrənməkdir. Ona görə də gözləyəcəyik”,- o deyib.
Yusif Ziya
Medianews