Meksikanın Kabo şəhərində tətil üçün getdiyi otelin otağında ölü tapılan Robinson adlı qadının 24 saat əvvəl bir şəxs tərəfindən çılpaq halda döyüldüyü ortaya çıxıb.
Medianews.az xəbər verir ki, 25 yaşlı qadın hadisədən əvvəl vəhşicəsinə döyülüb.
Sosial mediada paylaşılan görüntülərdə Robinson otel otağında başqa bir qadınla dava edir. Otaqda davanı lentə alan başqa bir şəxsin gülməsi də diqqət çəkib. Lakin 25 yaşlı qadının dostları Robisonun spirtli içkidən zəhərlənərək öldüyünü iddia ediblər.
Medianews.az