Kremldən verilən açıqlamada, Putinlə Ərdoğanın görüşündə Türkiyənin qaz mərkəzinə çevrilməsi ideyasının da müzakirə edildiyi bildirilib.
Medianews.az xəbər verir ki, Kremlin RİA Novosti-yə verdiyi məlumata görə, Rusiya prezidenti Putinlə prezident Ərdoğan arasında keçirilən görüşdə oktyabrda Putinin irəli sürdüyü Türkiyədə böyük qaz mərkəzinin yaradılması ideyası da müzakirə olunub.
Görüşdə Qara dəniz taxıl sazişinin uzadılması ilə bağlı əldə olunan razılaşma da dəyərləndirilib.
Yusif Ziya
Medianews