Istanbulda İstiqlal küçəsində bombalı hücumu həyata keçirən suriyalı terrorçu Əhlam Əlbəşirin partlayışdan əvvəl kosmetika mağazasına girərək makiyaj aldığı görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, videoda qadın terrorçunun girdiyi mağazada gəzərək aldığı məhsulları kassaya təhvil verərək pulunu ödədiyi anlar yer alıb.
Kassirin ona pul verən zaman terrorçunun üzünə maraqlı ifadə ilə baxdığı anlar diqqət çəkib.
Qeyd edək ki, törədilən terror aktı ilə bağlı Əhlam Əlbəşir də daxil olmaqla 17 şübhəli həbs edilib.