Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya ilə Çin arasında enerji ticarətinin bu il pul ifadəsində yüzdə 64 artdığını ifadə edərək “Rusiya və Çin enerji daşınması ödənişlərində milli valyutalara keçir” deyib.
Medianews.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Rusiya ilə Çin arasında enerji ticarəti ilə bağlı qiymətləndirmə edib.
Rusiyanın Çinə enerji daşımalarının bu il artdığını xatırladan Novak, “Bu il neft, qaz, kömür və elektrik enerjisi sənayesini əhatə edən enerji sektorunda ticarət həcmimiz pul ifadəsində 64, fiziki olaraq isə 10 faiz artıb” deyib.
İki ölkə arasında başda enerji sahəsində ikitərəfli ticarətdə milli valyutalardan istifadə edildiyinə diqqət çəkən Novak “İki ölkə enerji daşınması ödənişlərində milli valyutalara keçir. Qarşılıqlı ödənişlər, o cümlədən Çindən avadanlıq daşımaları üçün rubl və yuan ödənişlərinə keçirik” şərhini verib.
Novak çıxışını Qazprom ilə Çin arasında təbii qaz daşınması ödənişlərinin artıq rubl və yuanla həyata keçirildiyini vurğulayaraq yekunlaşdırıb.
Yusif Ziya
Medianews