Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Meksikanın xarici işlər naziri Marselo Ebrard görüşüb. Görüşdən sonra birgə mətbuat konfransında media nümayəndələrin suallarını cavablandırıblar.
Medianews.az türk mediasına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu ABŞ başda olmaqla AB-nin Türk Dövlətləri Təşkilatı üzvlərinə təzyiq etdiyini, hətta onları təhdid etdiyinin də şahidi olduqlarını bildirib:
“Unutmasınlar ki, heç kimə boyun əyməyən bir Türk dünyası var. Ona görə də biz heç bir təhdidlərə boyun əyməyəcəyik. Bizə çox ciddi təzyiq göstərdilər, notalar verdilər. İstər AB, istərsə də ABŞ bunu da unutmasınlar ki, biz heç kimə boyun əyməyəcəyik”.
Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında imzalanan taxıl müqaviləsinin 120 gün uzadılmasına toxunan Çavuşoğlu, ötən ay müqaviləni dayandıran Rusiyanın razılaşmaya razı olduğunu bildirib:
“Amma onu da demək lazımdır ki, maneələr tam aradan qaldırılmayıb. Biz bunu deyəndə bəziləri “Rusiyanı müdafiə edirsiniz?”-deyə etiraz edirdilər. Biz Rusiyanı müdafiə etmirik. Əvvəla, bu, razılaşmadır. İkincisi, biz deyirik ki, Rusiyanın tələbləri müqavilədə olduğu kimi yerinə yetirilməlidir ki, Ukrayna taxılı heç bir problem olmadan xüsusi ehtiyacı olan ölkələrə gedə bilsin”.
Medianews.az