Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan bir qrup jurnalist qardaş ölkədəki səfər çərçivəsində Ərzincanda olublar.
Jurnalistlər ilk olaraq Kemaliyə qəsəbəsində yerləşən və 1865-ci ildə tikilən erməni kilsə ilə tanış olublar.
Kilsənin tikilişi zamanı pulları bitdiyi üçün ermənilər müsəlmanların dəstəyi ilə kilsənin inşasını başa çatdırıblar. Hazırda bu abidə Kemaliyə Etnoqrafiya Müzeyi kimi fəaliyyət göstərir. Muzeydə yerli əhaliyə məxsus maddi-mədəniyyət nümunələri sərgilənir. Bildirilib ki, özəl muzey olmasına baxmayaraq, əhalinin təşəbbüsü ilə eksponatlar toplanıb.
Abidənin alt mərtəbəsində isə parça sexi fəaliyyət göstərir. Qadınların çalışdığı bu sexdə pambıq saplardan müxtəlif növ məhsullar hazırlanır.
Kaspi.az
Bəxtiyar Məmmədli