ABŞ-da aparılan bir araşdırma təkrarlanan Covid-19 infeksiyalarının orqan çatışmazlığına və ölümə səbəb ola biləcəyini təsbit edilib.
Medianews.az xəbər verir ki, Vaşinqton Universiteti Tibb Fakültəsinin xəbərinə görə, universitetdə aparılan araşdırmada Covid-19-a ikinci və ya daha çox dəfə tutulan insanlarda daha əvvəl görülməmiş müxtəlif sağlamlıq problemlərinin yarana biləcəyi ortaya çıxıb.
Bu kontekstdə 2020-ci ilin martından 2022-ci ilin aprelinə qədər təxminən 5,8 milyon insanın məlumatları təhlil edilib.
Tədqiqatda, təkrarlanan Covid-19 infeksiyalarının yalnız bir dəfə Covid-19-a yoluxanlarla müqayisədə ölüm riskini iki dəfə və xəstələnmə riskini üç dəfə artırdığı bildirilib.
Medianews.az