Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Medianews.az Xalid Əhədovun dosyesini təqdim edir:
Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olmuşdur. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olmuş və Barcelonada MBA təhsili almışdır.
1999-cu ilin mart ayı – «Bank of Baku» – komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri
2005-ci il – Bank of Baku- idarə heyəti sədrinin müavini
2012-ci il – Unibank- İcraedici komitənin üzvü
2015 il – Unibank- İcraçı Direktor vəzifəsi
12.07.2016 – “Bank Standard” – baş direktor
2.12.2016 – “Azər Türk Bank” – İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi
10.01.2017 – “Beynəlxalq Bank” – İdarə Heyətinə sədr
14.03.2018 – “Beynəlxalq Bank” – Müşahidə Şurasının üzvü
Xalid Əhədovun bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görmüşdür.
Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.