Afrikada Nil çayı boyunca 300 adamı öldürdüyü bildirilən Qustav adlı timsah kəndlilərin həyatını zindana çevirib.
Medianews.az xəbər verir ki, yerli sakinlər qurduğu bütün tələlərdən xilas olan timsah qorxu yaymaqda davam edir.
Kənd sakinlərinin verdiyi məlumata görə, Qustav adlı timsah indiyədək 300 nəfəri yeyərək öldürüb. Timsah tərəfindən yaralananların sayı məlum deyil. Qustav adlı timsah onu tutmağa gedən sənədli film qrupunun qurduğu bütün tələlərdən qaçaraq hər kəsi heyrtləndirib. Timsahın həm zehni, həm də fiziki olaraq digər timsahlardan çox fərqli olduğu bildirilir.
Tanqanika gölünün yaxınlığında yaşayan kəndlilər timsahın şöhrəti yayıldıqca böyük qorxu içindədirlər. Hətta kənd sakinlərinin timsah qorxusundan meşəlik əraziyə belə girə bilmədiyi də bildirilir. Komandalar timsahı tutmaq üçün yem kimi keçi qoyublar, lakin timsah bu tələdən də qurtula bilib.
Qeyd edək ki, dünyanın ən təhlükəli heyvanları arasında yer alan timsahlar hər il minlərlə insanın ölümünə səbəb olur. Nil çayının sahilində yerləşən kənd timsah zorakılığından daha çox zərər çəkib.