Uşaqlarımıza aldığmız oyuncaqlar hər an onlar üçün təhlükə mənbəyi ola bilər. Bu səbəbdən oyuncaq alarkən bəzi məqamlara diqqət yetirməliyik.
Medianews.az xarici mütəxəsisslərin bu mövzuda etdiyi çağırışları təqdim edir.
Alimlər plastikdən alınan PVC materiallarından oyuncaq məhsulları hazırlandığını və bunların da insan sağlamlığı, ətraf mühit üçün zərərli olduğunu bildiriblər.
Hacettepe Universitetinin təbiət elmləri fakültəsinin kimya fakültəsinin professoru həkim Adil Dənizli plastikin müxtəlif üzvi və ya qeyri-üzvi elementlərdən ibarət olduğunu söylədib:
“Qidalanma şüşələri və qabları fincanlar kimi əşyalar şüşə və çini məmulatlarından üstün ola bilər. Bədəndə yığılmayan silikon kimi materiallardan məmə, diş və önlük kimi körpə məhsullarına üstünlük verilə bilər”.
İstifadə sahəsindən asılı olaraq plastiklərin quruluşunun dəyişdiyini, buna görə plastikdən hazırlanan tullantıların toplanması, atılması və təkrar emalı proseslərinin fərqli olduğunu ifadə edən Dənizli bildirib ki, bu proseslər mütəxəssislər tərəfindən, müəyyən yerlərdə və müəyyən prosedurlara uyğun olaraq təkrar emal edilməli və ya atılmalıdı:
“Birincisi, tullantı olan plastiklər hansı qrupa aid olduqlarına görə müvafiq çeşidləmə yolu ilə toplanmalı və saxlanılmalıdır. Daha sonra yenidən lazımi şəraitdə nəql edilməli və atılacağı yerə aparılmalı, müvafiq plastik atma proseduru mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Plastikin quruluşu düzgündürsə, təkrar emal prosesinə daxil edilməlidir.”
Kızılay Kartal Xəstəxanasının ümumi cərrahiyyə professoru, həkim Alper Cahan, dünyada ən çox istifadə edilən plastik materialın PVC olduğunu bildirib:
“Uşaqlar oyuncaqlar ilə davamlı təmasda olduqları üçün müxtəlif sağlamlıq riskləri ilə qarşılaşırlar”.
PVC məhsullarının istehsal mərhələsində bəzi kimyəvi maddələrin və ağır metalların istifadə olunduğunu qeyd edən Cahan, bu maddələri antimon, xlor, civə, qurğuşun, kadmiyum, xrom, qurğuşun və selenyum şəklində olduğunu bildirib:
“Plastik oyuncaqlar ümumiyyətlə PVC-dən hazırlanır. Bu plastik törəməsi astma, allergiyaya səbəb ola bilən və mərkəzi sinir sistemini, dərini, qaraciyəri, immunitet sistemini və reproduktiv sistemi təsir edə bilən kanserogen maddələr ehtiva edir. Seçiləcək oyuncağın “PVC yoxdur” yazısına diqqət yetirilməlidir və tərkibində “PVC” varsa, bu oyuncaqlara üstünlük verilməməlidir.”
Ayşən Azadova
Medianews.az