Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Çin kosmosa uzaqdan zondlama ilə “Yaogan” sinifli Yer müşahidə peykləri göndərib.
Çinin Sinxua xəbər agentliyinin verdiyi məlumata görə, Qobi səhrasındakı Ciuçuen Peyk Mərkəzindən “Long March 4C” raketi ilə “Yaogan-34” tipli üç peyk kosmosa buraxılıb. Orbitə buraxıldıqdan sonra peyklər planlaşdırılmış orbital mövqelərinə eniblər. Peyklər torpaq ehtiyatları və məhsulun monitorinqi, şəhərsalma və fəlakətlərin qarşısının alınması işlərində istifadə olunacaq. Buraxılış “Long March” raketləri ilə həyata keçirilən 450-ci uğurlu nəqliyyat missiyası idi. Yaogan-34 peyklərinin birinci qrupu 2021-ci il aprelin 30-da, ikinci qrupu isə martın 17-də orbitə buraxılıb.
Ayşən Azadova
Medianews.az