Beyoğlu İstiqlal küçəsində terror aktını həyata keçirən terrorçu Əhlam Əlbəşir polisə 2017-ci ildə tanış olduğu terror təşkilatı PKK/KCK/PYD/YPG üzvü olan sevgilisi vasitəsilə təşkilatla tanış olduğunu bildirib.
Medianews.az xəbər verir ki, noyabrın 13-də İstiklal prospektində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı hücumla bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
Beyoğlulu təcavüzkarın polis bölməsində ilk ifadəsini verib. Beyoğluda terror aktı törətməkdə şübhəli bilinən şəxslər ədliyyəyə çıxarılıb.
Hücumu həyata keçirən Əhlam Əlbəşir (23) polis bölməsində verdiyi ifadəsində terror təşkilatı ilə 2017-ci ildə sevgilisi vasitəsilə tanış olduğunu, bir müddət sonra izini itirdiyi sevgilisi ilə görüşə bilmədiyini bildirib.
Medianews.az