Xalq artisti Firəngiz Mütəllimova İnstaqram hesabında arxiv videosunu paylaşıb.
BAKU.WS xəbər verir ki, sənətçi 1993-cü ildə mərhum Xalq artisti Rafael Dadaşovla birlikdə çəkildiyi filmdən görüntüləri sosial şəbəkədə bölüşüb.
“”Mənim ağ şəhərim” filmi. Sevimli Xalq artisti Rafael Dadaşovla… Allah rəhmət eləsin. Heyf o vaxtkı filmlərimizdən. İnsanlara sanki həyat dərsi öyrədirdi”,-deyə Firəngiz Mütəllimova qeyd edib.
Qeyd edək ki, R.Dadaşov 2020-ci ilin martında vəfat edib.