İsveç parlamenti tərəfindən təsdiqlənən antiterror qanunlarını sərtləşdirən konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
İsveç parlamenti “terrorla mübarizə” barədə qanun layihəsini təsdiqləyib.
Medianews.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 270 deputat “bəli”, 37 deputat isə “əleyhinə” səs verib. Sol Partiya və Yaşıllar Partiyasının etiraz etdiyi konstitusiya dəyişikliyinə 42 nəfər qatılmayıb.
Konstitusiya dəyişikliyində bildirilib ki, terrorla məşğul olan qrupların birləşmək azadlığı və nümayiş icazəsi məhdud olsa da, bu, yeni qanunların qəbuluna zəmin yaradacaq.
Dəyişiklikdə İsveçin başqa dövlət və ya beynəlxalq təşkilatla münasibətlərinə xələl gətirən məlumatları dərc edənlərin İsveç Kəşfiyyat İdarəsi tərəfindən 4 il həbs şübhəsi ilə araşdırıla biləcəyi bildirilib.
İsveç mətbuatına açıqlama verən ekspertlər yeni konstitusiya dəyişikliyinin terror təşkilatı PKK/YPG üzvlərinə qarşı cinayət işlərinin asanlaşdırılmasına yol açdığını şərh ediblər.
Konstitusiya dəyişikliyi 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Xatırladaq ki, Türkiyənin İsveçin NATO üzvlüyünə etiraz səbəblərindən biri də bu ölkənin terrorçulara “qucaq açması” idi
Yusif Ziya
Medianews